ABŞ və Avropa ölkələri Solsberidə zəhərlənmiş keçmiş casus Sergei Skripal işi ilə əlaqədar olaraq Rusiyaya qarşı atılacaq mümkün addımları müzakirə ediblər.
Abzas.net Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ 60 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar verib. Bundan əlavə Rusiyanın Sietl ştatındakı konsulluğu da bağlanacaq.
Ukrayna 13 rusiyalı diplomatı geri göndərəcək.
Öz növbəsində Kanada 4, İtaliya 2, Hollandiya 2, Danimarka 2, Litva 3, Almaniya 4, Çexiya 3, Polşa 4, Finlandiya 1, Latviya 1, Fransa 4 rusiyalı diplomatın ölkələrində çıxarılaraq Rusiyaya geri qaytarılması barədə qərar veriblər.
Daha öncə Britaniya höküməti 23 rusiyalı diplomatın ölkədən çıxarılaraq geri göndərilməsi barədə qərar vermişdi.
Xatırlatma
Martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Solsberidə ticarət mərkəzinin yaxınlığında huşsuz vəziyyətdə tapılıb. Onların Rusiyada hərbi məqsədlər üçün hazırlanan “noviçok” adlı maddə ilə zəhərləndiyi müəyyən edilib.
Bu hadisədə xəsarət alanların sayı, təxminən, 21 nəfərdir. Onların arasında yerinə ilk çatan polis zabiti Nick Baili də var.
Britaniya hakimiyyəti Skripal-ın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib.
Baş nazir Theresa May hadisəyə görə Rusiya rəhbərliyini ittiham edib.
Rusiya tərəfi hadisə ilə bağlı heç bir istintaq başlatmayacağını, lakin Britaniyanın apardığı istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.