Martın 16-da Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) altı üzvünün barəsində 15 sutkadan 20 sutkaya qədər inzibati həbslə bağlı şikayətə baxıb.
Abzas.net xəbər verir ki, məhkəmə martın 10-da Bakıda müxalifətin mitinqi ərəfəsində saxlanılan AXCP üzvlərinin şikayətini təmin etməyib.
Vəkil Əsabəli Mustafayev bildirib ki, sutka verilənlərin hamısı hamısı polisə tabe olmamaqda təqsirli biliniblər. Halbuki, onlar özləri çağırış əsasında polisə gediblər.
AXCP Rəyasət Heyətinin üzvləri Aqil Məhərrəmli, Xətai şöbəsinin üzvü Tahir Ağayev, Binəqədi şöbəsinin sədr müavini Yalçın Abdullayev və həmin şöbənin fəalı Hikmət Əliyev 15 sutka həbs ediliblər. Xətai şöbəsinin sədr müavini Faiq Nağıyev və Binəqədi şöbəsinin fəalı Bəşir Tarıverdiyev 20 sutka alıblar.
Apellyasiya Məhkəməsi polis şöbəsində müşahidə kamerasındakı qeydlərə baxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib.
Vəkil bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcək.