Avropa Parlamenti Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə etməyəcək.
Bu barədə Avropa Parlamentinin mövqeyini qurumun Demokratiyanın dəstəklənməsi və seçki koordinasiya qrupunun həmsədrləri David McAllister və Linda McAvan açıqlayıblar.
"Avropa Parlamenti bu seçki prosesini müşahidə etməyəcək. Nə prosesi, nə sonra elan ediləcək nəticələri şərh edəcək. Avropa Parlamentinin hansısa üzvünə fərd olaraq bu seçki prosesini müşahidə etmək, onu şərh etməklə bağlı mandat verilməyib", - deyə, açıqlamada bildirilib.
Eyni zamanda qeyd olunub ki, Avropa Parlamentinin hansısa üzvü fərdi şəkildə bu seçkiləri müşahidə etməyə qərar verərsə, bunun öz təşəbbüsü olduğunu ifadə etməli, parlament adından çıxış etməməlidir.