Martın 16-da Milli Məclisdə hökumətin hesabatı təqdim olunub.
Parlamentdə çıxış edən baş nazir Artur Rasi-zadə bildirib ki, 2004-cü ildən indiyə qədər ölkədə yoxsulluq əhəmiyyətli dərəcədə aşağı düşüb:
"Son 14 il ərzində Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə, əhalinin adambaşına gəliri 7,2 dəfə, əmək haqqı 6,8 dəfə artıb. Bu müddətdə 1,900 mln. çox yeni iş yeri açılıb. Yoxsullluq səviyyəsi 44,7%-dən 5,4%-ə enib. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 2017-ci ilin sonuna 42 mlrd. dollar təşkil edib".
Baş nazirin sözlərinə görə, Azərbaycanda əhalinin böyük əksəriyyəti qazla təmin edilib:
"Əhalinin təbii qazla təmin edilməsi kimi sosial probelmin həlli ilə bağlı davamlı tədbirlər nəticəsində qazlaşmasının səviyyəsinin 51%-dən 93%-ə yüksəldilməsini təmin edib. Elektrik enerjisi ilə təminatı iqtisadi siyasətin ən prioritet istiqamətlərdən biri olub".