AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Schennach Azərbaycan hakimiyyətini 11 aprel prezident seçkiləri ərəfəsində ifadə azadlığının təmin olunmasına çağırıb.
Schennach bu barədə "Twitter"-dəki mikrobloqunda yazıb.
2016-ci il sentyabrın 26-da keçirilmiş referendum nəticəsində qanunvericiliyə edilmiş dəyişikliklərə görə, Azərbaycan Prezidentinə növbədənkənar prezident seçkisi təyin etmək səlahiyyəti verilib.
2018-ci il fevralın 5-i prezident İlham Əliyev 11 aprel tarixində növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam imzalayıb.
Hazırda prezidentliyə 7 namizəd qeydə alınıb. Ümumilikdə prezidentliyə namizədliyini 15 nəfər irəli sürüb.
Üç nəfərin - Sərdar Cəlaloğlu (Demokrat Partiyasının sədri), Əli Əliyev (Vətəndaş və İnkişaf Partiyasının rəhbəri), Tural Abbaslı (Ağ Partiyanın sədri) namizədliyinə MSK-da baxılır.
Aparıcı müxalifət partiyaları seçkini boykot etdiklərini bildiriblər.