Azərbaycanın OPEC-ə üzvlüyü müzakirə olunur

Azərbaycanın OPEC-ə üzvlüyü müzakirə olunur
20 Mart 2018
Mətni dəyiş

Neft İxrac Edən Ölkələrin Təşkilatı (OPEC) Azərbaycanın təşkilata üzvlüyə qəbuluna baxmağa hazırdır.

Abzas.net Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə OPEC baş katibi Mohammed Barkindo açıqlama verib.

Barkindo-nun sözlərinə görə, hazırda bu məsələ müzakirə olunur.

Azərbaycan digər qeyri-OPEC ölkələri və OPEC-lə birlikdə gündəlik hasilatı 1,8 milyon barel azaldacaq.

İlin sonunadək qüvvədə olacaq bu razılaşmada məqsəd neft bazalarını sabitləşdirmək, neftin qiymətini qaldırmaqdır.

Martın 17-19-da Bakıda səfərdə olan Barkindo, Azərbaycan prezidenti İlham Əliyev və enerji naziri Pərviz Şahbazovla görüşüb.

Bu görüşlərdə 3 ehtimal müzakirə edilib: OPEC üzvlüyü, assosiativ üzvlük, əməkdaşlığı indiki kimi davam etdirmək”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun