Cəmiyyət

Azərbaycanın əhalisinin sayı açıqlanıb

1 dəqiqə
Azərbaycanın əhalisinin sayı açıqlanıb

Bu ilin yanvar ayında Azərbaycanda əhalinin sayı 6765 nəfər artaraq fevral ayının 1-i vəziyyətinə 9 904 850 nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Bildirilir ki, bir kvadrat kilometrə düşən əhalinin sayı 114 nəfər olub.

Əhalinin 52,9 %-i şəhər, 47,1%-i  kənd sakinləridir, 49,9 %-i kişilər, 50,1 %i isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1004 qadın düşür.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun