Avropadakı iqtisadi təlatümlərə, eləcə də siyasi dəyişkənliyə baxmayaraq, dünyada ən keyfiyyətli yaşam tərzi elə buradakı şəhərlərdədir.
Avropa ekspatlar üçün ən cəlbedici məkan olaraq qalır.
Bunu Mercer təşkilatı 20-ci illik Həyat Keyfiyyəti sorğusunda üzə çıxarıb.
Artıq 9 ildir Vyana həyatın keyfiyyətinə görə birinci yerdədir. Ondan sonra Sürix (2), Oklend və Münhen (hər ikisi 3-cü yer) gəlir. 5-ci yeri tutan Vankuver Şimali Amerikanın ən keyfiyyətli şəhəri sayılır.
Mercer-in builki sorğusuna 231 şəhər daxildir.
Bakı 231 şəhər içində 196, Yerevan 171, Tbilisi 187, Moskva 167, Tehran 200, Praqa 69-cu yerdədir.
Bu il Şəhər Sanitariyası üzrə ayrıca reytinq təşkil edilibb, burada şəhərlərdə zibillərin yığılması, kanalizasiya infrastrukturu, yoluxucu xəstəliklərin səviyyəsi, hava çirklənməsi, suya çatımlılıq və onun keyfiyyəti üzrə dəyərləndirmə aparılıb.
Bu kateqoriyada birinci yeriHonolulu tutur, ondan sonra Helsinki, Ottava gəlir (hər ikisi 2-ci yerdədir). Daka (230) və Port au Prins (231) isə axırıncı yerlərdədirlər.
“Avropada yaşam standartlarında son 20 ildə ən böyük yüksəliş Şərqi Avropa şəhərlərində baş verib”, –Mercer-in aparıcı tərəfdaşı və Avropa-Sakit Okean regionu bölümünün prezidenti Martine Ferland deyib.