Cəmiyyət

Bakıda tozun miqdarı normadan 25 faiz artıqdır

1 dəqiqə
Bakıda tozun miqdarı normadan 25 faiz artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır. 

Bu barədə ETSN-nin mətbuat xidməti məlumat verib.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 29 mart 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 12:00-da bir qədər də artaraq sanitar normadan 25 faiz yuxarı olduğu qeydə alınıb.

Saat 09:00 da bu göstərici 20 faiz təşkil edirdi.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun