Bloger Tural Sadıqlı Çexiyanın KarlovıVarı kurort şəhərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadəyə məxsus yaşayış binaları kompleksi aşkar etdiyini bildirir.
Bloger Karlovı Varı şəhərində Paşazadələrə məxusus olmasını iddia etdiyi kompleksin qarşısında apardığı video çəkilişini facebook və yotube şəbəkələrində yayıb.
"Karlovı Varı şəhərində Allahşükür Paşazadə və qardaşına məxsus uzunluğu 200-250 metr olan yaşayış kompleskində yüzədək mənzil var. Yaşayış kompleksi şəhərin ən çox turist cəlb edən bahalı Limuçina küçəsi 20/21 ünvanında, İmperial otelinin yaxınlığındadır. Bu rayonda Hollivud ulduzları da qalır".
Bloger həmçinin binanın giriş qapısında liftin düyməsinin üzərində "Allahşükür Paşazadə" yazılmış lövhəni də çəkib. Onun sözlərinə görə, binadakı mənzillərdə əsasən rus ailələri yaşayır.
"Allahşükür Paşazadə və onun Milli Məclisin deputatı olan qardaşı Cavanşir Paşazadənin maaşı ilə bu qədər bahalı mülkə sahib olmaq mümkündürmü?" deyə o, hökumətə sual edir.
Blogerin yaydığı videoreportajla bağlı Qafqaz Müsəlmanları İdarəsindən şərh almaq mümkün olmayıb.