Martın 16-da futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.
Abzas.net xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil olunan püşkatmaya turnirin final matçının səfiri, Ukrayna millisinin baş məşqçisi Andrei Shevchenko yardımçı olub.
Püşk nəticəsində aşağıdakı klublar bir-birinə rəqib olub:
"Barselona” (İspaniya) - "Roma” (İtaliya)
"Sevilya” (İspaniya) - "Bavariya” (Almaniya)
"Yuventus” (İtaliya) - "Real Madrid” (İspaniya)
"Liverpul” (İngiltərə) - "Mançester Siti” (İngiltərə)
İlk oyunlar adları birinci göstərilən komandaların meydanlarında aprelin 3-4-də, cavab görüşləri 10-11 apreldə təşkil olunacaq.