İlham Əliyev Yaponiya baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri Tomohiko Taniguchi-ni qəbul edib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Bildirilir ki, Tomohiko Taniguchi Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib və Yaponiyada insanların bu hadisədən dərin kədər hissi keçirdiklərini qeyd edib.
İlham Əliyev, Yaponiya bank sektorunun Azərbaycanda infrastrukturun müasirləşdirilməsi işinə göstərdiyi köməyin önəmini qeyd edib.
Görüşdə Azərbaycanda infrastruktur layihələrinin həyata keçirilməsi, bank sektoru, iqtisadiyyatın şaxələndirilməsi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.