Martın 28-də İran İslam Respublikasının prezidenti Hassan Rouhani Azərbaycana gəlib.
Bu barədə Azərtac məlumat verib. Heydər Əliyev Beynəlxalq Aeroportunda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Hava limanında H.Rouhani-ni Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və başqa rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində İran və Azərbaycan prezidentləri arasında təkbətək və geniş tərkibdə görüş keçiriləcək. İki ölkə arasında sənaye, kənd təsərrüfatı, səhiyyə və turizm sahələrində sənədlərin imzalanacağı gözlənir.
Səfərin iki gün davam edəcəyi bildirilir.