Cəmiyyət

İran vətəndaşları Azərbaycanın hava limanlarında viza ala biləcəklər

1 dəqiqə
İran vətəndaşları Azərbaycanın hava limanlarında viza ala biləcəklər

Martın 15-dən Azərbaycana səfər edən İran vətəndaşlarına giriş vizaları ölkənin beynəlxalq hava limanlarında rəsmiləşdiriləcək.

"Bu qərarın dost və qonşu ölkələr olan Azərbaycan və İran arasında humanitar, iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına və insanlararası təmasların artmasına əsaslı töhfə verəcəyinə ümid edirik", - Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun