İspaniyanın Kataloniya muxtariyyətində polis və etirazçılar arasında toqquşmalar baş verib.
Abzas.net RİA "Novosti"-yə istinadən xəbər verir ki, qarşıdurmalarda 100-dən çox insan xəsarət alıb.
İspaniya hökumətinin Kataloniyadakı nümayəndəliyinin və Almaniyanın Barselonadakı konsulluğunun qarşısında etiraz aksiyaları keçirilib.
Bundan əlavə, aksiyalar İspaniya hökumətənin Tarraqona və Jironada yerləşən binaları qarşısında da baş tutub.
Etiraz aksiyalarına səbəb, Kataloniya hökumətinin sabiq rəhbəri Carles Puigdemont-un Almaniyada saxlanılması olub. Puigdemont İspaniya hökümətinin verdiyi Avropa orderi əsasında saxlanılıb. O, bu gün Şlezviq-Qolşteyn məhkəməsində ifadə verəcək
Aksiyaların keçirilməsi "Kataloniya Milli Assambleyası" və "Omnium Cultural" ictimai təşkilatları tərəfindən təklif edilib.