Şimali Koreya lideri Kim Jong Un nüvə və raket sınaqlarından imtina etməyə hazır olduğunu bəyan edib.
Abzas.net Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin təhlükəsizlik üzrə müşaviri Chon İn Jong bildirib.
Jong-un sözlərinə görə, bir neçə gün öncə KXDR lideri ilə baş tutmuş danışıqlar zamanı Kim Jong Un nüvə və raket sınaqları keçirməyəcəklərini bildirib:
"Prezident Donald Trump-a bildirdim ki, Şimali Koreya lideri ilə danışıqlar zamanı o Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinə sadiq olduğunu ifadə edib. Kim Jong Un KXDR-in nüvə və raket sınaqları keçirməyəcəyini vəd edib".