Bundestaq dördüncü dəfə ardıcıl olaraq Angela Merkel-i Almaniyanın kansleri seçib.
“Angela Merkel səs çoxluğu ilə kansler seçilib”, – Bundestaq rəhbəri Wolfgang Schäuble deyib.
Gizli səsvermənin nəticələri deputatların sürəkli alqışları ilə qarşılanıb.
Angela Merkel-in namizədliyi ölkə Prezidenti Frank-Walter Steinmeier tərəfindən irəli sürülüb.