Cəmiyyət

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub

1 dəqiqə
Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub

Aprelin 3-də Azərbaycan Milli Məclisinin növbəti iclası keçiriləcək.

İclasın gündəliyi bəlli olub, gündəliyə 25 məsələ daxil edilib.

Bunlar “Banklar haqqında”, “Kredit borcları haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Valyuta tənzimi haqqında”, “Yerin təki haqqında” və sair qanunlara, Mülki, Şəhər Salma və Tikinti məcəllələrinə dəyişikliklər, “Peşə təhsili haqqında” (ikinci oxunuş), “Azərbaycan Respublikasında daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihələridir.

Bundan əlavə bir sıra sənədlərin ratifikasiyası gözlənilir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun