Milli Şura və Müsavat Partiyası birgə mitinq keçirdi [video]

Milli Şura və Müsavat Partiyası birgə mitinq keçirdi [video]
31 Mart 2018
Mətni dəyiş

Martın 31-də Milli Şura və Müsavat Partiyası birgə mitinq keçirir. Aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb.

Təşkilatçılar mitinqdə "Azad seçki!", "Korrupsiyaya yox!", "Monarxiyaya yox!", "Siyasi məhbuslara azadlıq!" kimi şüarların səsləndiriləcəyini bildiriblər.

*** Milli Şuranın sədri Cəmil Həsənli prezident seçkilərini "məzhəkə" adlandırıb. Onun fikrincə, prezidentliyə namizədlər "qırx nəfərin içində hörməti olmayan adamlardı". Milli Şura sədri Cəmil Həsənli isə çıxışında növbədənkənar prezident seçkisini “ məzhəkə” adlandırıb. “Bu millət yalançıya, korrpsionerə 25 ildir dözür. Hansi seçkidən danışırlar? Xalqın seçki haqqın Əliyevlər mənimsəyib. Azərbaycan konstitsuyasına görə, xalqın seçki hüququnu əlindən almaq ən böyük cinayətdir. İlham Əliyev cümhuriyyət ənənələrinin axırına çıxıb”, deyə o vurğulayıb. Ancaq istər Mərkəzi seçki Komissiyasının rəhbərliyi, istərsə də dövlət başçısı seçki prosesinə fərqli qiymət verirlər. Dövlət Bşçısı İlham Əliyev martın 30-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonkeri qəbul edərəkən deyib ki,seçkilərin demokratik, ədalətli və şəffaf olacağına, Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əmindir. *** “İlham Əliyev Lələtəpə yüksəkliyinin azad edilməsi ilə çox öyünür.Ancaq bizim hədəfimiz tək Lələtəpə ola bilməz.Bizim hədəfimiz Dağlıq Qarabağ olmalıdır” Bunu isə Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O, çıxışında Azərbaycanın beyənlxalq aləmdəki imicinə toxunub. Vurğulayıb ki, Azərbaycan beynəlxalq aləmdə ancaq offşorlara daşınan pullar ilə “məşhur”dur. A.Hacılı həmçinin deyib ki, ölkədə işsizlik yüksək səviyyədədir. Azərbaycan rəsmiləri isə ölkədə işsizliyin səviyyəsinin yüksək olması ilə bağlı səslənən fikirləri qəbul etmirlər. Dövlət başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkədə işsizlik də, yoxsulluq da 5 faizə düşüb. *** Tofiq Yaqublu: "İlham Əliyev nə danışdığının fərqində deyil. O, İrəvanı da alacayıq deməklə Ermənistanın əlinə oynayır". *** Mitinqdə çıxış edən vəkil Osman Kazımov isə polislərə müraciət edib: “Əzizlərim “ Polis haqqında” qanuna görə siz xalqı müdafiə etməlisiniz, məmurları yox…”. Osman Kazımov deyib ki, polislər də onlara dogma, qardaş adamlardır. O.Kazımov Qarabağ münaqişəsindən danışarkən Əbülfəz Elçibəy hakimiyyəti ilə mövcud hakimiyyət arasında parallel aparıb: “Ə.Elçibəy hakimiyyəti dövründə Qarabağın 1/3 azad edilmişdi, sonrakı hakimiyyətin ilk illərində isə 6 rayon işğal edildi”. *** Əli Kərimli: "Ordusuna Rusiyadan yararsız silahlar almış, bu silahları əslində öz siyasi himayədarına xərac vermək məqsədilə almış, Azərbaycan Ordusuna, əsgərinə, zabitinə, kəşfiyyatına, Müdafiə Sənayesi Nazirliyinə ayrılmış pulların ofşor şirkətlərə daşınmasına şərait yaratmış, bu cinayətlər ifşa olunandan sonra, heç bir tədbir görməmiş, Ali Baş Komandan vəzifəsini 15 il yerinə yetirmiş şəxsin, İlham Əliyevin indi nə haqqı var ki, daha 7 illiyinə hakimiyyət istəsin". [video width="400" height="224"][/video] *** Əli Kərimli hakimiyyəti Qarabağ probleminin həlli yolunda səy göstərməməkdə ittiham etdi. [video width="400" height="224"][/video] ***

Bundan əlavə, aksiyada 31 mart qırğınını pisləyən və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı şüarların səslənəcəyi də açıqlanıb.

Təşkilatçılar bildiriblər ki, mitinq 31 mart qırğınının 100 illiyinə düşdüyündən bu aksiyada da həmin hadisələr xatırlanacaq.

[video width="400" height="224"][/video]

Milli Şura və Müsavat Partiyası son dövrlər ilk birgə mitinqi bu il martın 10-da keçiriblər. Çıxışlarda növbədənkənar prezident seçkiləri ilə bağlı tənqidi fikirlər bildirilib.

Xatırlatma

2016-ci il sentyabrın 26-da keçirilmiş referendum nəticəsində qanunvericiliyə edilmiş dəyişikliklərə görə, Azərbaycan Prezidentinə növbədənkənar prezident seçkisi təyin etmək səlahiyyəti verilib.

2018-ci il fevralın 5-i prezident İlham Əliyev 11 aprel tarixində növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam imzalayıb.

Müxalif Müsavat və Xalq Cəbhəsi partiyaları, Milli Şura seçkilərin antidemokratik şəraitdə keçirildiyini bildirirərək, ona qatılmaqdan imtina ediblər.

Xəbərdə istifadə olunan videolar Azadlıq Radiosundan götürülmüşdür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun