Myanma prezidenti Htin Kyaw istefa verib.
Rusiya mətbuatının məlumatına görə, Htin Kyaw prezident seçildikdən 2 il sonra istefa verib.
71 yaşlı Kyaw 2016-cı ildə parlament tərəfindən prezident seçilmişdi.
O, istirahətə ehtiyacı olduğunu və məhz bu səbəbdən istefa verdiyini bildirib.
Bir meddət öncə Kyaw-ın səhhətində problemlərin olduğu və onun istefaya gedəcəyi barədə xəbərlər dolaşsa da, hakimiyyət bu xəbəri təkzib etmişdi.
Parlament qarşıdakı 7 gün ərzində yeni prezident seçəcək.