Kiyevdə Ali Radanın deputatı, Ukraynanın Milli Qəhrəmanı Nadejda Savchenko parlamentin içində həbs edilib və UTX-ə aparılıb.
Ukrayna mətbuatının məlumatına görə, Ali Rada onun deputat toxunulmazlığını götürərək həbsinə icazə verib.
Savchenko Vətənə xəyanətdə və parlamentə qarşı “terror” hücumu planlaşdırmaqda ittiham edilir.
Martın 15-də baş prokuror Yuriy Lutsenko iddia edib ki, Savchenko parlamentin tavanını minaatanla dağıtmağı, sağ qalan deputatları isə silahla öldürməyi planlaşdırıb.
Savchenko terror hücumları planlaşdırması, Rusiyayla bağlı olması barədə deyilənləri təkzib edib.