Cəmiyyət

Neftçilər təxliyə olunub

1 dəqiqə
Neftçilər təxliyə olunub

Dənizdə çalışan bəzi neftçilərin təxliyə olunduğu bildirilir.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yaydığı məlumatda bildirilib.

«Bu gün (martın 30-u) və sabah hava şəraitinin qeyri-stabil olması ilə əlaqədar zəruri növbətçilərdən başqa, dəniz özüllərində çalışan min nəfərdən çox neftçi dünən (martın 29-da) quruya təxliyə olunub», - deyə açıqlamada vurğulanır.

Hazırda Xəzərin sahilində yerləşən Bakıda hava küləklidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti də əvvəlcədən bu gün, martın 30-da Bakı və Abşeronda güclü şimal-qərb küləyinin əsəcəyini bildirmişdi. Hava proqnozunda açıq dənizdə arabir küləyin 30 m/s-dən yüksək olacağı vurğulanıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun