Nidaçılar hüquq-mühafizə orqanlarına çağırılır

Nidaçılar hüquq-mühafizə orqanlarına çağırılır
7 Mart 2018
Mətni dəyiş

NİDA Vətəndaş Hərəkatının bir çox üzvü hüquq-mühafizə orqanlarına çağırılır.

Abzas.net xəbər verir ki, bu barədə Hərəkatın "Facebook" səhifəsində məlumat verilib.

Bildirilib ki, Hərəkatın üzvlərini hüquq-mühafizə orqanlarına çağıraraq qorxutmağa çalışırlar:

"Onlara siyasi proseslərdən uzaqlaşmaq, Nidadan ayrılmaq barədə danışılır, bəzən hədə-qorxu gəlirlər".

NİDAdan bildiriblər ki, bu vasitələrlə onları yollarından çəkindirə bilməyəcəklər:

"Bildiyimiz qədərilə güc strukturlarının vəzifəsi ölkədə ictimai asayişi qorumaq, təhlükəsizliyi təmin etməkdir. Amma bütün bunlar qalıb bir kənarda, rəsmi dövlət orqanları İlham Əliyevə qarşı mübarizə aparan insanlara təzyiq etməklə məşğul olur!

Bütün bunlar isə əbəsdir. Zülmün olduğu yerdə ona müqavimət göstərənlər də olacaq! Mübarizəmiz qələbəyə qədər davam edəcək! Biz demokratik ölkə, ədalətli cəmiyyət quracağıq!".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun