Polis sahibkarların aclıq aksiyasını zorla dayandırıb [video]

Polis sahibkarların aclıq aksiyasını zorla dayandırıb [video]
18 Mart 2018
Mətni dəyiş

Bu gün Binəqədi rayon polisi bir qrup sahibkarın aclıq aksiyasını zorla dayandırıb.

Sahibkarlar Sumqayıt Şəhər İcra Hakimiyyətinin onların əməyinə görə ayrılan pulu ödəməsini tələb edirlər.

Aclıq aksiyasının 11 iştirakçısı Binəqədi Rayon Polis İdarəsinə aparılıb.

Son olaraq, iş adamları polis idarəsindən buraxıldılar. Amma bununla yanaşı onlara aclıq aksiyasının keçirlməsini qadağa etdilər.

Məsələ ilə bağlı Sumqayıt iş adamlarının vəkili Elçin Sadıqov Xeberman.com-a açıqlama verib. Vəkil bildirib ki, Binəqədi rayon polisinin bu əməlləri tam qanunsuzdur: "Polisin əməlləri qanunaziddir, heç kimin məhkəmə qərarı olmadan şəxsin evinə daxil olmaq hüququ yoxdur. Binəqədi polisinin də aclıq aksiyası keçirilən ünvana gedib sahibkarları hədələməsi və onlara təzyiq göstərməsi vəzifə səlahiyyətlərinin aşması kimi qiymətləndirilməlidir. Baş verən hadisə ilə bağlı biz aidiyyatı qurumlara eləcədə, Baş Prokurorluğa müraciət edəcəyik".

[embed]https://www.youtube.com/watch?v=RUCji3akMJU[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun