Cəmiyyət

Prezident Vasif Talıbovun oğluna ali xüsusi rütbə verdi

1 dəqiqə
Prezident Vasif Talıbovun oğluna ali xüsusi rütbə verdi

İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin yüksək vəzifəli bir qrup əməkdaşına ali xüsusi rütbələrin verilməsi ilə bağlı sərəncam imzalayıb.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbov da ali xüsusi rütbə alanların siyahısındadır.

Prezidentin sərəncamı ilə Talıbov Rza Vasif oğluna Dövlət Miqrasiya Xidmətinin III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib. Rza Talıbov Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisidir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun