Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib.
Abzas.net xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 17 nəfər fələstinli ölüb. Bunu Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mansour bəyan edib.
Daha 1500 nəfərin müxtəlif növ xəsarətlər aldığı bildirilir.
R.Mansour-un sözlərinə görə, ölənlər arasında uşaqlar da var:
“Hazırda toqquşmalar nəticəsində 17 fələstinlinin öldüyü təsdiqlənib. Onların arasında həddi -büluğa çatmayan uşaqlar da var. 1500-dək insan müxtəlif dərəcəli xəsarətlər alıb”.
Martın 30-da, Fələstin torpaqlarının işğalı günü kimi qeyd olunan "Torpaq günü"də minlərlə fələstinli qaçqınların doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçirilib.