Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qida məhsullarına halallıq sertifikatlarının verilməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
Q.Təhməzli bildirib ki, bu heç də təhlükəsizlik anlamına gəlməməlidir:
"Halallıq göstəricisi və halal standartın olması təhlükəsizlik göstəricisi deyil".
O bildirib ki, bu cür fikirlər sahibkarlar və əhali arasında çaşqınlıq yaradır:
"Halallıq göstəricisinin alınması könüllülük əsasında formalaşır. Hansısa bir sahibkar istənilən quruma müraciət edərək halal sertifikatını almaqla məhsullar istehsal edə bilər. Agentliyimiz halallıq sertifikatını vermək hüququna malik deyil".