Rusiyada dəhşətli yanğın: ölənlərin sayı 64 nəfərə çatıb, 5 nəfər saxlanılıb [foto, video] [yenilənib]

Rusiyada dəhşətli yanğın: ölənlərin sayı 64 nəfərə çatıb, 5 nəfər saxlanılıb [foto, video] [yenilənib]
26 Mart 2018
Mətni dəyiş

Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar saxlanılanlar var.

Son məlumatlara görə, daha bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Bu, mərkəzin təhlükəsizlik xidmətinin əməkdaşıdır. Belə ki, həmin şəxs, yanğın baş verən zaman işə düşən yanğın siqnalını söndürüb.

Bu barədə Istintaq Komissiyasının nümayəndəsi Svetlana Petrenko qurumun "Telegram" kanalında məlumat verib:

"Bundan öncə daha 4 nəfər şübhəli şəxs qismində saxlanılıb və dindirilib. Bunlar şirkətin texniki direktoru, yanğının başladığ ehtimal olunan məkanın istifadəçisi, yanğın siqnalizasiya xidməti ilə məşğul olan şirkətin rəhbəri və əməkdaşı".

Yanğında ölənlərin çoxunun uşaqların olduğu bildirilir.

***

"Qış albalısı" ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 64-ə çatıb.

Bu barədə RF FHN rəhbəri Vladimir Puçkov bildirib. Onun sözlərinə görə, 6 nəfər hələ də dağıntılar altındadır.

***

Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində yanğın olub.

Abzas.net Rusiya mətbuatına istinadən xəbər verir ki, ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

Məlumata görə, indiyədək 40-a yaxın insanın yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı daha 16 nəfərin itkin düşdüyü bildirilir.

Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzi 2013-cü ildə istifadəyə verilib.

[embed]https://www.youtube.com/watch?v=f8-37mTyLDM&has_verified=1[/embed] [embed]https://www.youtube.com/watch?v=JYc_1IR6y44[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun