Dünya

Rusiyada keçirilən prezident seçkilərinin yekun nəticəsi açıqlanıb

1 dəqiqə
Rusiyada keçirilən prezident seçkilərinin yekun nəticəsi açıqlanıb

Rusiyada keçirilən prezident seçkilərinin yekun nəticələri açıqlanıb.

Abzas.net Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Son nəticəyə görə, 76,69% səs toplayan ölkənin hazırkı rəhbəri Vladimir Putin yenidən Rusiyanın prezidenti seçilib.

İkinci yeri 11,77% səslə Kommunist Partiyasının namizədi Pavel Qrudin tutub.

Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski 5,65% səs toplayaraq üçüncü olub.

Vətəndaş Təşəbbüsü Partiyasının namizədi, teleaparıcı Kseniya Sobchak seçicilərin 1,68% səsini qazanıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun