Siyasət

Rusiyadakı ticarət mərkəzində baş vermiş yanğında ölənlərin 41-i uşaqdır

1 dəqiqə
Rusiyadakı ticarət mərkəzində baş vermiş yanğında ölənlərin 41-i uşaqdır

Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində baş vermiş yanğında ölənlərin siyahısı açıqlanıb.

Abzas.net Rusiya mətbuatına istinadən xəbər verir ki, ölənlərin 41-i uşaqlardır.

Yanğın nəticəsində 64 nəfər həyatını itirib. Daha 131 nəfərin müxtəlif növ xəsarətlər aldığı bildirilir.

Hadisənin baş veridiyi Kemerovo şəhərinə səfər edən Rusiya prezidenti Vladimir Putin hadisənin ehtiyyatsızlıq və diqqətsizlik ücbatından baş verdiyini bildirib.

Daha öncə, İstintaq Komissiyasının rəhbəri Svetlana Petrenko 5 nəfərin şübhəli şəxs qismində saxlanıldığı və dindirildiyi barədə məlumat vermişdi.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun