Cəmiyyət

Sabaha olan hava proqnozu açıqlanıb

1 dəqiqə
Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.

Martın 27-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Şimal küləyinin əsəcəyi, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəzlənəcəyi vurğulanır.

Abşeronda gecə 6-8, gündüz 13-18, Bakıda gecə 6-8, gündüz 15-17 dərəcə isti olacaq.

Martın 27-də Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Qərb küləyinin əsəcəyi, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcəyi vurğulanır. Gecə 5-10, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 13-18 dərəcə isti olacağı təxmin edilir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun