Dünya

Slovakiya hökuməti jurnalistin qətlinə görə istefa verdi

1 dəqiqə
Slovakiya hökuməti jurnalistin qətlinə görə istefa verdi

Slovakiyanın baş naziri Robert Fico və onun hökuməti jurnalistin qətlindən sonra ölkədə yaranmış böhrana görə martın 15-də istefasını elan edib.

Prezident Andrej Kiska Fico-nun istefasını qəbul edib və onun müavini Peter Pellegrini-dən yeni hökumətin təşkilini rica edib.

Hökumətin bu qərarı hazırkı koalisiyanı hakimiyyətdə saxlayacaq və erkən seçkiyə ehtiyac olmayacaq.

Fico erkən seçkinin sabitlik gətirməyəcəyini bildirib.

Pellegrini Fico-nun solçu Smer Sosial Demokrat partiyasındandır.

27 yaşlı jurnalist Kuciak Slovakiyanın şərqindəki italyan biznesmenlər arasında şübhəli mafiya əlaqələrini araşdırırdı.

Kuciak-ın son və tamamlanmamış yazısı şərqi Slovakiyada İtaliya mafiyasının əməllərindən və mafiyanın baş nazir Robert Fico ilə bağlarından bəhs edirdi.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun

Slovakiya hökuməti jurnalistin qətlinə görə istefa verdi - Abzas Media | Abzas.net