Dünya

Trump Şimali Koreya lideri ilə görüşməyə razı olub

1 dəqiqə
Trump Şimali Koreya lideri ilə görüşməyə razı olub

ABŞ prezidenti Donald Trump KXDR lideri Kim Jong Un-la görüşməyə razı olduğunu bildirib.

Abzas.net xarici KİV-ə istinadən xəbər verir ki, Trump bu görüşün may ayınadək baş tutmasını istəyib. Bu barədə Cənubi Koreya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Chon In Jong açıqlama verib.

Jong, ABŞ-a səfəri zamanı Şimali Koreya liderinin görüş təklifini Trump-a çatdırıb.

Trump görüşə razılıq versə də, Şimali Koreyaya qarşı təzyiqlərin davam edəcəyini bildirib:

"Konkret addımlar atılmayınca təzyiqlər davam edəcək".

Daha öncə isə Chon In Jong KXDR liderinin nüvə və raket sınaqlarından imtina etməyə hazır olduğunu bildirib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun