Dünya

Türkiyə Ordusunun Tel-Rıfat rayonunu YPG-PYD silahlılarından azad etdiyi bildirilir

1 dəqiqə
Türkiyə Ordusunun Tel-Rıfat rayonunu YPG-PYD silahlılarından azad etdiyi bildirilir

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun PKK/YPG-PYD silahlılarından təmizləmək məqsədi ilə antiterror əməliyyatına başladığı Tel-Rıfat rayonunun artıq terrorçulardan təmizləndiyi bildirilir.

Bu barədə Türkiyə mətbuatı məlumat verib.

Tel-Rıfat rayonu Mare və Afrin bölgələri arasında yerləşir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bildirib ki, Türkiyə ordusu Azad Suriya Ordusu ilə birlikdə Tel-Rıfat rayonunu azad edərək "Zeytun Budağı" əməliyyatını yekunlaşdıracaq.

Bir neçə gün öncə yerli əhali keçirdikləri nümayişdə “Türkiyə ordusu bizi də xilas etsin!” şüarını səsləndirib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun