Araşdırmaçı-jurnalist Xədicə İsmayılın bacısı qızı Elmira Rəhimova polisə çağırılıb.
Bu haqda X.İsmayılın özü məlumat verib. Onun deməsinə görə, E.Rəhimovanı martın 7-də Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağrıblar. Rəhimovanın polisdə bir saatadək sorğu-sual edildikdən sonra sərbəst buraxıldığı deyilir.
X.İsmayıl bildirib ki, yaxınına polisdə Binəqədi rayonu ərazisində baş verən oğurluq hadisələri və ictimai-siyasi fəaliyyəti ilə bağlı suallar veriblər. Ancaq onun fikrincə, polisə çağırılma müxalif siyasi qüvvələrin keçirməyə hazırlaşdıqları mitinqlə bağlıdır.