“Əfqan Muxtarlının məhkəməsi təxirə salınıb” – bu barədə xəbəri Facebookda jurnalistin vəkillərindən Elçin Sadıqov paylaşıb.
Onun sözlərinə görə, Şəki Apelyasiya Məhkəməsindən zəng vurub prosesin təxirə salındığını deyiblər. Dövlət ittihamçısının prosesdə iştirak edə bilməyəcəyi səbəbindən məhkəmə qeyri-müəyyən müddətə təxirə salınıb.
Əfqan Muxtarlının növbəti məhkəmə prosesi sabah – aprelin 3-də saat 10.00-a təyin olunmuşdu.