Cəmiyyət

Əfqanıstandakı sülhməramlıların bir qrupu Azərbaycana qayıdıb

1 dəqiqə
Əfqanıstandakı sülhməramlıların bir qrupu Azərbaycana qayıdıb

Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının bir qrupu ölkəyə geri dönüb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, Azərbaycan Ordusunun 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Onlar, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərirdilər.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun