ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.
ABŞ-ın Maliyyə Nazirliyinin yaydığı məlumata görə, sanksiya siyahısına Rusiyanın daha 38 iş adamının, rəsmi şəxsinin və şirkətinin adı əlavə edilib.
Siyahıya Oleq Deripaska, Süleyman Kərimov, Kirill Şamalov və Viktor Vekselberqin adlarının daxil olduğu məlumdur. Məhdudiyyətlərlə üzləşənlər arasında Miller, Patruşev, Kostin, Jarov, Zolotov da var.
Ümumilikdə siyahıya 7 rusiyalı iş adamı, 12 şirkət, eləcə də 17 məmur daxildir.
Şirkətlərdən "Rosoboroneksport", "EN+ Group", "Renova" və "Qazprom Qazma" siyahıda yer alıb.