Almaniyada bir nəfər avtomobili kütlənin üzərinə sürərək azı 3 nəfəri öldürüb, 30-dan çox adamı isə yaralayıb.
Polisin məlumatına görə, maşının sürücüsü özünü də güllələyərək öldürüb.
Bu barədə Yerli “Spigel” portalı “Rheinische Post” a istinadla məlumat yayıb.
İnsident aprelin 7-də ölkənin qərbindəki Münster şəhərində baş verib.
Mətbuatın yazdığına görə hələlik dəqiq versiya bilinməsə də hakimiyyət bunu hücum hesab edir.
"Bild"qəzeti də 3 nəfərin öldüyünü yazır.
Hüquq-mühavizə orqanları hadisə yerini mühasirəyə alıb, sakinləri ərazidən uzaqlaşmağa çağırıblar.
Hadisə yerinə əlavə polis qüvvələri göndərilib.