ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi son günlər ikinci dəfə Azərbaycanda söz azadlığının və jurnalistlərin hüquqlarının pozulması haqqında tənqidi məqalə ilə çıxış edib.
Məqalə müəllifi Gyulnoza Said diqqəti hakimiyyətin bu sahədə strategiyasını dövlət başçısının köməkçisi Əli Həsənovun hazırladığına və həyata keçirdiyinə diqqət çəkir.
Bu strategiyanın və taktikanın tərkib hissəsi saytların bloklanması, haker hücumları, trollar tərəfindən sifarişli nəşrlərlə tənqidi səslərin aradan qaldırılmasıdır. Bütün bunlar bu gün - 11 aprel prezident seçkiləri ərəfəsində də davam edir, deyə müəllif yazır.
Ötən ilin martında ölkə parlamenti informasiya və informasiyanın müdafiəsi haqqında qanuna hakimiyyətin saytları məhkəmə qərarı olmadan bloklamasına imkan verən düzəlişlər qəbul edib. Tezliklə hakimiyyət "Azadlıq Radiosu"nun, "Meydan TV" internet resursunun, "Azadlıq" qəzetinin saytının, Turan TV onlayn resursunun və "Azərbaycan saatı"nın saytlarına girişi bloklayıb. Bütün bu resurslar xaricdə fəaliyyət göstərir və hakimiyyət onları bağlaya bilmir, amma ekstremizmdə ittiham edir. Bu ittihamlar üçün hakimiyyətin yüksək eşelonlarında korrupsiya haqqında nəşrlər əsas olub.
Bundan başqa, hakimiyyət korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq jurnalist layihəsinin (OCCRP) saytını bloklayıb. Bu, sentyabrda bu saytda Azərbaycan hakimiyyətinin pulları yuması haqqında "Azərbaycan Landromatı" məruzəsinin nəşr edilməsindən sonra baş verib.
Özünü Jurnalistlərin Həmkarlar İttifaqlarlarının rəhbəri və Mətbuat Şurasının üzvü adlandıran Müşfiq Ələsgərli JMK-nin ölkədə mətbuatın vəziyyəti haqqında suallarını cavablandırmayıb.
Hakimiyyətin təşkil etdiyi haker hücumları zamanı "Meydan TV"nin onlayn resursu 100 min abunə və 2012-ci ildən bu yana bütün arxiv bazasını itirib.
Facebook-un səyləri sayəsində resursun 100 min oxucusunun abunəliyi bərpa edilib, amma arxivləri qaytarmaq mümkün olmayıb. Hakimiyyətin israrı ilə YouTube "Meydan TV" və "Azadlıq" radiosunun bir sıra videomateriallarını silib, amma sonradan onlar bərpa edilib.
Azərbaycanda hakimiyyətin göstərişi ilə fəaliyyət göstərən trollar və haker hücumları ciddi problemdir. Sosial şəbəkələrdə prezidentin köməkçisi Əli Həsənovun ünvanına tənqidi materiallar yayıldıqda trollar xüsusilə fəallaşır.
Son günlər birdən-birə bir neçə jurnalist və ictimai xadim - Oqtay Gülalıyev, Sevinc Osmanqızı, Xədicə İsmayılova Həsənovun ünvanına ittihamla çıxş edib.
Həsənov rejimin tənqidçilərinin ünvanına təhqiredici şərhlər yazan trolların fəaliyyətində əli olduğunu təkzib edib.
Amma növbəti gün ABŞ-ın Azərbaycanda keçmiş səfiri Riçard Kozlariç Əli Həsənovu hökumətyönlü mətbuatda ona qarşı hücumlar təşkil etməkdə ittiham edib.
"5 il əvvəl hökumətyönlü mətbuatda mənə qarşı böhran kampaniyasını sən təşkil etmişdin", deyə Kozlariç Tvitterdəki hesabında yazıb.