2017-ci ildə Azərbaycandan 2 mlrd. 820,5 mln. dollar məbləğində kapital çıxarılıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etidiy tədiyə balansına dair məlumatda qeyd olunur.
AMB 2016-cı ildə kapitalın çıxarılma və xarici kreditlər üzrə ödənişlərin həcmi barədə məlumat dərc etməyib.
"2017-ci ildə Azərbaycandan 2 mlrd. 820,5 mln. dollar məbləğində kapital çıxarılıb", - deyə məlumatda bildirilir.
Bununla belə, ötən ilin I rübündə ölkədən 680 mln. dollar, II rübdə 750,8 mln. dollar, III rübdə 655,9 mln. dollar, IV rübdə 733,8 mln. dollar məbləğində kapital çıxarılıb.
AMB qeyd edir ki, hesabat ilində Azərbaycana birbaşa və portfel sərmayələri, kreditlər qismində 8,4 mlrd. dollar daxil olub.
2017-ci ildə Azərbaycanın rezidentləri xarici kreditlər üzrə 458,9 mln. dollar məbləğində ödəniş ediblər.