Ermənistan hakimiyyəti geri çəkilir [foto, canlı]

Ermənistan hakimiyyəti geri çəkilir [foto, canlı]
23 Aprel 2018
Mətni dəyiş

Ermənistan prezidenti Armen Sarkisyan ölkə hökuməttinin istefasını qəbul edib.

RİA “Novosti” xəbər verir ki, bu məlumatı Ermənistan pezidentinin mətbuat xidməti yayıb.

“Konstitusiyanın 13-cü maddəsinə uyğun olaraq, Ermənistan Respublikası hökumətinin istefası qəbul edilsin”, - prezidentin imzaladığı fərmanda deyilir.

***

Ermənistan baş nazirinin müavini Karen Karaopetian hökumət başçısının vəzifələrini müvəqqəti olaraq icra edir.

Bu barədə məlumatı RİA “Novosti” Ermənistan Nazirlər Kabinetinin mətbuat xodmətinə istinadən yayıb.

***

Ermənistanda günlərdir davam edən xalq etirazları nəticəsini verdi.

Ölkənin baş naziri seçilən keçmiş prezident Serzh Sarkisian istefa verdi. Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

***

Həbs edilmiş hər üç deputat azadlığa buraxılıb.

Ermənistan KİV-i xəbər verir ki, deputatlar baş nazirin birinci müavini Karen Karapetyanla danışıqlardan sonra azadlığa buraxılıblar.

“Bizim işimiz eyni olaraq qalır. Axşam Respulika meydanında mitinq olacaq. O vaxta kimi mən hazırki vəziyyyətlə tanış olmalıyam. Bundan sonra qərar qəbul edəcəyəm. Bu qədər” – Paşinyan jurnalislərə bildirib.

Etriazçıların lideri həmçinin bildirib ki, bütün həbs olunan etirazçılar da azadlığa buraxılmalıdır.

***

Bu dəqiqələrdə Ermənistanın keçmiş baş naziri və indiki vitse-premyeri Karen Karapetyan bəyan edib ki, Baş prokurora etiraz hərəkatının liderləri-deputatlar Nikol Paşinyan, Sasun Mikaelyan və Ararat Mirzoyanın toxunulmazlığının ləğv edilməsinə dair parlamentə göndərdiyi təqdimatı geri çağırmaq üçün müraciət edib. Xəbər verildiyi kimi həmin deputatlar ötən gün polis tərəfindən saxlanılıblar, prokurorluq onların barəsində cinayət işi qaldırmağa hazırlaşırdı.

***

Bu gün Ermənistan prezidentinin iqamətgahında baş nazir Serj Sərkisyan, baş nazirin müavini Karen Karapetyan və spiker Ara Babloyanın iştirakı ilə müşavirə olub. Müşavirədə hansı qərarın qəbul edildiyi məlum deyil. Ötən gün Serj Sərkisyan İrəvandakı “Armenia-Mariott” otelində Paşinyanın ayağına gedib və onunla görüş keçirib. Lakin Paşinyan bildirib ki, Sərkisyanla ancaq onun istefasının şərtlərini müzakirə edə bilər. İndi vitse-premyer Karapetyanın Paşinyana hansı təkliflərlə getdiyi maraq doğurur, istisna deyil ki, Sərkisyan artıq növbədənkənar parlament seçkilərinin keçirilməsinə razılaşıb. Çünki etiraz hərəkatı hər saat böyüməkdədir və əsgərlər, müəllimlər, həkimlər, dövlət qulluqçuları bir-birinin ardınca xalqın tərəfinə keçir.

***

Yerevanda hərbçilər etiraz aksiyasında iştirak edən tələbələrə qoşulublar.

Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Aşağıda təqdim etdiyimiz videodan da göründüyü kimi, nümayişçilərin cərgəsində hərbçilər tələbələrlə birgə addımlayırlar.

Bu dəqiqələrdə İrəvan küçələrində dramatik vəziyyət hökm sürür. Belə ki, nümayişçilərin iki böyük dəstəsi öndə xalqın tərəfinə keçən əsgərlər olmaqla Sayat Nova prospektində birləşiblər. Bir dəstə İrəvan Dövlət Universitetinin əsas binası istiqamətindən hərəkət edib, digər dəstə isə Xancyan küçəsi istiqamətindən irəliləyib. Nümayişçilərin qarşılaşması prospektdə böyük izdihama səbəb olub, etirazçıların sayı durmadan artır. Əsasən tələbələrdən və gənclərdən ibarət kütlə Serj Sərkisyanın istefasını tələb edir. Etiraz hərəkatının lideri Nikol Paşinyanın həbs edilməsi belə kütlənin əzmini qıra bilməyib. Nümayişçilər polislə toqquşmaya girmədən olduqca intizamlı hərəkət edir, polis kordonları ilə bağlanan küçələrdən dönüb başqa küçələrə istiqamət alırlar. Ermənistanın digər iri şəhərlərində də izdihamlı aksiyalar keçirilir. Parlamentin spikeri Aro Babloyan Nikol Paşinyan və onun fraksiyasından olan digər deputatların saxlanıldığı təcridxanaya yollanıb. O, etirazçıların liderləri ilə danışıqlar aparmağa ümid edir.

* * *

Hazırda Yerevanın küçələrində on minlərlə insan etiraz aksiyası keçirir. Etirazçıların arasında tələbələr də var. Tibb universitetinin tələbələri aksiyaya ağ xalatlarla qoşulublar.

Ermənistan KİV-ləri verir ki, tələbələr Yerevan Dövlət Universitetinin qarşısına toplaşaraq, müəllimləri də onlara qoşulmağa səsləyirlər.

* * *

Ermənistanda Serj Sarkisyanın baş nazir təyin edilməsinə etiraz edən kütlə bu gün səhər yenidən ölkə paytaxtının küçələrinə çıxıb.

RİA “Novosti” xəbər verir ki, aksiyalar Yerevanda eyni zamanda bir neçə yerdə keçirilir. Bunlardan biri Yerevan Dövlət Universitetinin qarşısında başlayıb.

Xatırladaq ki, etiraz aksiyalarının liderləri həbs edilib. Buna baxmayaraq, yüz minlərlə insan küçələrə çıxaraq Sarkisyanın istefasını tələb edir.

[embed]https://www.youtube.com/watch?v=wpJ8rTKXU9w[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun