Jurnalist Fikrət Hüseynli aprelin 17-də Ukrayna ərazisini tərk edib.
O hazırda Avropadadır, vətəndaşı olduğu Niderlanda yola düşüb. Bu barədə Fikrət Hüseynlinin əməkdaşı olduğu Turan TV-nin rəhbəri Qənimət Zayidov Facebook səhifəsində yazıb.
Fikrət Hüseynlinin vəkili Dmytro Mazurok Amerikanın Səsinə bildirib ki, artıq Kiyev Vilayət Prokurorluğu məhkəmənin qərarını yerinə yetirərək Hüseynlinin pasportunu qaytarıb.
“Ancaq aprelin 19-da məhkəmə jurnalistin Ukrayna ərazisini tərk etməməklə bağlı götürdüyü öhdəliyin aradan qaldırlmasına baxacaq”, vəkil qeyd edib.