“Hicaba azadlıq” aksiyasında həbs edilən şəxslərdən üçü azadlığa çıxıb.
Məlumata görə, 2012-ci ildən həbsdə olan İlham Hətəmov, Tərlan Ağadadaşov və Rövşən Allahverdiyevin cəza müddəti başa çatıb.
Həmin şəxslər 2012-ci il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasında həbs edilib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə R.Allahverdiyev, İ.Hətəmov və T.Ağadadaşov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.