Prezident İlham Əliyev Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisini qəbul edib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Bildirilir ki, İlham Əliyev Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norica Nicolai-ni qəbul edib.
Görüşdə Azərbaycan ilə Avropa Parlamenti arasında əlaqələr müzakirə olunub.
Bundan oncə xanım Nicolai ilə Milli Məclisin spikeri Oqtay Əsədov görüşmüşdü.