Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Bildirilir ki, hava limanında onu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar və digər rəsmi şəxslər qarşılayıb
Səfər çərçivəsində İlham Əliyevin VII Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəyi, həmçinin Türkiyə prezidenti Recep Tayyip Erdoğan ilə görüşəcəyi bildirilir.
Eyni zamanda iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcəyi gözlənilir.