Siyasət

Kabilda terror aktı: 8 jurnalist daxil olmaqla 25 nəfər həlak olub

1 dəqiqə
Kabilda terror aktı: 8 jurnalist daxil olmaqla 25 nəfər həlak olub

Əfqanıstanın paytaxtı Kabildə terror aktları baş verib.

Abzas.net "Associated Press"-ə istinadən xəbər verir ki, terrorçular ard-arda iki partlayış törədiblər.

Hadisə nəticəsində 25 nəfər həlak olub. Onlardan 8 nəfərinin jurnalist olduğu bildirilir.

Məlumata görə, motosikletdə hərəkət edən birinci kamikadze-terrorist əfqan kəşfiyyatının qərargahının yaxınlığındakı partlayıcı qurğunu işə salıb.

Təxminən 15 dəqiqədən sonra, hadisə yerinə polis və jurnalislər gəldikdə isə ikinci kamikadze-terrorist bombanı kütlənin içində partladıb.

İkinci bombanı partladan terrorist, ora daxil olmaq üçün özünü jurnalist kimi təqdim edib.

Ölən jurnalistlər içində "France-Presse" agentliyinin fotoreportyoru, "Azadlıq Radiosu"nun 3 əməkdaşı, eləcə də əfqan kanalları olan "Tolo News", "1TV" и "Jahan TV"-nin jurnalistləri olub.

Hadisə nəticəsində həlak olanlardan əlavə, polis və jurnalistlər də daxil olmaqla 45 nəfər yaralanıb.

Partlayışlara görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun