Xaliq Bahadır
Hakimiyətin tanınmış qoruyucularından olan Adil Əliyev Almaniyanın Köln şəhərində 80 min avroluq "İlhamla irəli" yığıncağı keçirib. Beləcə bu xalqın pullarını yağıcasına dağıdırlar. "Seçki"öncəsi aksiya olaraq. İ.Əliyev durmadan puldağıtma "sərəncamları" verir: SOKAR-a 100 milyon Asfaltyola 100 milyon. Dəmiryola 100 milyon, Azərsuya 150 milyon... Bu gün isə - təkcə bu gün! - az qala 20 "sərəncam" verdi. Bərdədə tikinti-abadlıq işlərinə, başqa bir sıra rayonlarda bu sayaq işlərə çoxlu pullar ayırdı. Bəlli olduğu kimi, el arasında bunlara KOTYOL pulları deyilir. Başqa cür desək, xalq indi bu prezident fondundan, dövlət büdcəsindən çoxsaylı ayırmaların yalançı xarakter daşıdığını, pulların çoxunun yerindəcə mənimsəndiyini bilir. Burası öz yerində. Başqa rayonlar bir yana, bəlli olduğu kimi, Bərdə Azərbaycanın ən axar-baxarlı, verimli torpaqları ilə tanınan başlıca rayonlarından biridir. Buna görə də Bərdə Sovet illərində Ümumittifaq büdcəsinə ən çox pay verən Azərbaycan rayonlarındandır. İ.Əliyevin indiki "sərəncamı" Əliyevlərin Bərdə rayonu başda olmaqla, 25 illik soyğunçu hakimiyətləri ilə Azərbaycanı necə yaman günə qoyduqlarının faktiki görsənişidir! İ.Əliyev statistika bilgilərini bilərəkdən gözardı edib, xalqa yalan sataraq Azərbaycanın, Azərbaycan rayonlarının dünyada ANALOQU olmayan yüksək İQTİSADİ İNKİŞAFından danışır. Sonra da özünün verdiyi çoxsaylı "sərəncamlarla" özü öz yalanlarını açıb ortaya qoyur: onun Mingəçevir, Sumqayıt kimi Sovet dönəminin güclü sənaye şəhərləri başda olmaqla rayonlara dam örtüyünün təmirindən tutmuş, xırda tikinti-abadlıq işləri üçün də prezident fondundan, dövlət büdcəsindən çoxsaylı ayırmaları ölkənin bütün rayonlarının DOTASİYADA olması, bu fakt isə Əliyevlərin 25 illik hakimiyətləri boyunca Azərbaycanı bankrota gətirib çıxarmaları deməkdir! Bütün bunların üstündən dördüncü dönəm prezidentlik çalışmaları Azərbaycanın sonunadək batırılmasına yönəlik çalışmalar deməkdir: Əli Həsənovun ələ aldığı jurnalistləri toparlamaqla keçirdiyi "seçki"qabağı yığıncaqlardan tutmuş, Adil Əliyevin Almaniyada keçirdiyi 80 min avroluq yığıncağadək! .