Aprelin 13-də Rusiyada məhkəmə "Telegram" messengerinin ölkə ərazisində bağlanmasına qərar verib.
Bu barədə məlumatı Rusiyanın hakimiyyətyönlü mediası yayıb.
Bildirilir ki, "Telegram" istifadəçilər barədə məlumatı Rusiya dövlət təhlükəsizlik xidmətlərinə verməkdən imtina etmişdi. Məhz bu səbəbdən "Telegram"-a çıxışın məhdudlaşdırılmasıyla bağlı məhkəməyə müraciət edilib.
"Telegram" şirkəti hakimiyyətin bu addımını onlayn mediaya qarşı hücum kimi qiymətləndirərək, bu göstərişi “konstitusiyaya zidd”, “hüquqi baxımdan əsassız” adlandırıb.
Bundan əlavə, Amnesty International "Telegram"-ı bağlamaq cəhdini Rusiya hakimiyyətinin onlayn mediaya olan davamlı hücumların tərkib parçası olduğunu bəyan edib.