Qubad İbadoğlu
7 namizədin seçki fondunun birlikdə gəlirləri 56 676 manat 70 qəpikdir. Onların ikisinin seçki fondunun gəlirləri isə sıfırdır.
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinə 11 aprel prezident seçkilərində namizədliyi qeydə alınmış şəxslərin Seçki Məcəlləsinin tələbinə uyğun olaraq gəlirləri, torpaq sahəsi, yaşayış sahəsi, mənzilləri, bağları, qaraj və digər bina, tikili, avadanlıqları, nəqliyyat vasitələri, gəlirləri və onun mənbələri barədə ünvanladığı informasiya sorğusuna cavab almazsa məhkəməyə müraciət edəcək.
Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinə 11 aprel prezident seçkilərində namizədliyi qeydə alınmış şəxslərin Seçki Məcəlləsinin tələbinə uyğun olaraq gəlirləri, torpaq sahəsi, yaşayış sahəsi, mənzilləri, bağları, qaraj və digər bina, tikili, avadanlıqları, nəqliyyat vasitələri, gəlirləri və onun mənbələri barədə məlumat verilməsi barədə sorğu göndərib, eyni zamanda namizədlərə bu məlumatı könüllü olaraq açıqlaması ilə bağlı müraciət edib. Prezidentliyə namizəd İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Suyavuş Novruzov "Amerikanın Səsi"nə müsahibəısində bildirib ki, "Seçki Məcəlləsi"ndə göstərilir ki, namizəd seçki vərəqələri ilə birlikdə gəlirləri, mülkiyyəti, vergi ödəmələri haqqında təsdiq olunmuş geniş məlumatı MSK-ya təqdim edirlər. Əgər o səndələr olmasa MSK onları qeydiyyata almalı deyil. Bu sənədlərin siyahısı "Seçki Məcəlləsi"ndə göstərilib. Getsinlər oxusunlar, öyrənsinlər, baxsınlar. Cəmiyyətə yalandan informasiya verirlər", deyə o qeyd edib.Onun sözlərinə görə, hər bir namizəd seçki gününə 30 gün qalmışadək bu sənədləri təqdim edib. "Artıq bu sənədlər təqdim olunub və MSK-nın saytında da yerləşdirlib. Eyni zamanda, namizədlərin maliyyə hesabatları da MSK-nın saytında yerləşdirlib". O, təmsil etdiyi partiyanın namizədi ilə bağlı məlumatlarla bağlı sualın cavabında deyib ki, bu məlumatlar MSK-ya təqdim edilib. "Kim istəyirsə, MSK-ya müraciət etsin, həmin məlumatları alsın". Bu açıqlama ilə əlaqədar olaraq ADR Hərəkatı adından onu bildirmək istərdik ki, həmin məlumatların MSK-ya təqdim edilməsi ilə bağlı şübhəmiz yoxdur. Biz onun olmadığını iddia etmirik. Həmin məlumatların ictimai əlçatanlığının təmin edilməsini tələb edirik. Bu qanunun tələbidir. Odur ki, ADR Hərəkatı MSK-ya rəsmi olaraq informasiya sorğusu göndərib və onun cavablandırılmasını gözləyir. Eyni zamanda məlumatınız üçün bir daha qeyd edim ki, MSK-nın saytında müvafiq məlumatları axtarakən bu cavabı alırıq: "Sorğuya uyğun məlumat tapılmadı və ya boş axtarış sorğusu daxil edilib". Bu isə o deməkdir ki, həmin məlumatlar MSK-nın saytında yerləşdirilməyib. Saytda yerləşdirilən yalnız prezidentliyə qeydə alınmış namizədlərin seçki fondlarının gəlir və xərclərinin maliyyə hesabatlarıdır. Həmin hesabatlarda yalnız seçki fondunun vəsaitləri haqqında məlumat verilib. Bu məlumatlar ADR Hərəkatının tələb etdiyi deyil, ADR Hərəkatı bir daha bəyan edir ki, 11 aprel prezident seçkilərində namizədliyi qeydə alınmış şəxslərin Seçki Məcəlləsinin tələbinə uyğun olaraq gəlirləri, torpaq sahəsi, yaşayış sahəsi, mənzilləri, bağları, qaraj və digər bina, tikili, avadanlıqları, eləcə də nəqliyyat vasitələri barədə məlumatlar ictimai əlçatan olmalıdır, əgər MSK həmin məlumatları açılamazsa və ya informasiya sorğusuna cavab verməzsə onda bununla bağlı məhkəmədə iddia qaldırılacaq. Yeri gəlmişkən, prezidentliyə qeydə alınmış namizədlərin seçki fondlarının gəlirləri barədə məlumatın da maraq kəsb etdiyini nəzərə alaraq onu sizin diqqətinizə təqdim edirəm. Buyurun tanış olun, görün namizədlərin bu məsələyə yanaşması nə qədər ciddidir: Əliyev İlham Heydər oğlu 100 000 manat Oruc Zahid Məhərrəm oğlu 9 900 manat Əlizadə Araz Məmməd Mübariz oğlu 10 000 Həsənquliyev Qüdrət Müzəffər oğlu 25 000 Quliyev Fərəc İbrahim oğlu 10 060 Hacıyev Hafiz Ələmdar oğlu 0 Nurullayev Razi Qulaməli oğlu 1 716 manat 70 qəpik Məmmədov Sərdar Calal oğlu 0
Göründüyü kimi, İlham Əliyev istisna olmaqla 7 namizədin seçki fondunun birlikdə gəlirləri 56 676 manat 70 qəpikdir. Onların ikisinin seçki fondunun gəlirləri isə sıfırdır.